Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin Bədii təhsil şöbəsinin metodisti Rauf İmanov və metodist Zəbulla Quliyev Ağsu rayon uşaq musiqi məktəbində metodiki kömək məqsədli görüş keçiriblər. Məktəbdə tədris prosesinin, sənədlərlə işin təşkili, ixtisas və nəzəri fənlərin metodikası, tədris prosesinin mövcud normativ sənədlərlə aparılması, sinif otaqlarının tərtibatı ilə bağlı zəruri tövsiyələr verilib, məktəbə müxtəlif metodiki vəsaitlər təqdim edilib.