Bərdə rayon MKS-nin Uşaqlara xidmət şöbəsində “Məntiq və maraq” rubrikasında növbəti bilik yarışması keçirilib. Yarışda şəhər 2, 4 və 6 saylı orta məktəblərin şagirdləri iştirak edib. Şöbənin müdiri S.Süleymanova, jurnalist Şükufə Əliyeva, şairə Bəsti Cəfərzadə iştirakçılara müvəffəqiyyətlər arzulayıblar. Əsasən vətənpərvərlik mövzusunu əhatə edən bilik yarışında 6 saylı orta məktəbin şagirdləri qalib olublar. Məktəblilər Vətənə, qəhrəmanlara həsr edilmiş mahnılar və şeirlər səsləndiriblər.