Mayın 3-də Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin və Saatlı Rayon Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun Gənclər Mərkəzində akademik Zərifə Əliyevanın anadan olmasının 93-cü ildönümünə həsr olunmuş seminar keçirilib.
Seminarda rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şərqiyyə Şahpələngova, Heydər Əliyev Mərkəzinin direktoru Əzizağa Quliyev, Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev, mərkəzin əməkdaşları, rayonun təhsil və səhiyyə işçiləri, gənclər iştirak ediblər.
Ölkəmizdə həyata keçirilən mədəniyyət siyasəti və “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun fəaliyyətindən söz açan A.Usubəliyev seminarda iştirak edən müxtəlif sahələrin işçilərinin təkliflərinə münasibət bildirib, fikir mübadiləsi aparılıb.