Goranboy rayon MKS-nin təşkilatçılığı ilə Mərkəzi kitabxananın işçiləri “Ağsaqqalar evi”ndə səyyar kitabxana xidməti təşkil ediblər. Kitabxananın Xidmət şöbəsinin müdiri Səidə Abdullayeva yaşlı insanlara kitab seçməkdə köməklik göstərib. Ahıllar adından Yunis Əhmədov çıxış edərək belə bir xidmətə görə kitabxananın əməkdaşlarına öz təşəkkürünü bildirib.