Mayın 18-də İmişli rayon uşaq musiqi məktəbinin müəllim və şagird kollektivinin iştirakı ilə Mədəniyyət mərkəzində "Bura vətəndir" adlı hərbi-vətənpərvərlik mövzusunda tədbir keçirilib. Orta ümumtəhsil məktəblərinin müəllim və şagirdlərinin, mədəniyyət işçilərinin də qatıldığı tədbirdə hərbi-vətənpərvərlik mövzusunda ədəbi-bədii parçalar söylənilib, uşaq musiqi məktəbi kollektivinin ifasında mahnılar səslənib.