Kürdəmir Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə Qarabucaq qəsəbəsində “Ahıska türklərinin tarixi və bugünü” mövzusunda tədbir keçirilib. “Multikulturalizm ili” çərçivəsində təşkil olunan tədbirdə Ahıska türklərinin mətbəxini əks etdirən sərgi nümayiş etdirilib, iştirakçılara mətbəx nümunləri təqdim olunub. Qarabucaq qəsəbə əsas məktəbinin direktoru, Ahıska türkü Sərvər Həsənov, qəsəbə icra nümayəndəsi İlham Allahverdiyev, Mədəniyyət və Turizm Şöbəsinin müdiri Vaqif Alıyev və başqaları çıxış ediblər. Azərbaycanda yaşayan azsaylı xalqlara və etnik qruplara göstərilən dövlət qayğısından minnətdarlıqla söz açılıb.