Masallı rayon Mərkəzi kitabxanasında yazıçı Allahverdi Nəzirovun “Yazdım ki, unudulmayaq” kitabının təqdimat mərasimi keçirilib.
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor İmamverdi Həmidov, BDU-nun ərəb filologiyası kafedrasının professoru Nəsrulla Məmmədov, tarix və mənbəşünaslıq kafedrasının müdiri, professor Anar İsgəndərov çıxış edərək kitab və müəllifi haqqında danışıblar. Bildirilib ki, A.Nəzirov doğulub boya-başa çatdığı Bala Kolatan kəndinin tarixinə səyahət edərək maraqlı faktları ortaya qoyub.
O da diqqətə çatdırılıb ki, Azərbaycan müxtəlif xalqların mehriban yaşadığı nadir ölkələrdəndir. Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunub. Masallı rayonunda yaşayan talışlar öz adət-ənənələrini, mədəniyyətlərini sərbəst şəkildə yaşadıb inkişaf etdirirlər.