Şamaxı rayon MKS-nin Mərkəzi kitabxanasının Uşaq şöbəsinin təşkilatçılığı ilə “Uşaqlar dünyanın sevincidir” adlı tədbir keçirilib. Tədbirdə şəhərdəki Avropa liseyinin, şəhər 1, 2 və 9 saylı tam orta məktəblərin müəllim və şagird kollektivi iştirak edib.
* * *
Masallı Xalq teatrı rayonun Şərəfə və Təzə Alvadı kənd orta məktəblərində şəhidlərin xatirəsinə həsr olunmuş “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tamaşa-kompozisiya nümayiş etdirib.
* * *
Cəlilabad rayon MKS-nin Uşaq şöbəsi 1 və 2 saylı orta məktəblərin 6-cı sinif şagirdlərinin iştirakı ilə “Şən startlar” əyləncəli idman yarışı keçirib. 8 saylı məktəbin I a sinfi və 2 saylı körpələr evinin balaca fidanları rəqs və mahnılarla tədbirə rəng qatıb.
* * *
Goranboy rayon Heydər Əliyev parkında “Uşaq sevinci dünyanın sevinci” adlı ümumrayon tədbirində məktəblilərin ifasında şeir kompozisiyası, rəqslər, səhnəciklər alqışlarla qarşılanıb. Tədbirdə kitablar və uşaqların əl işləri sərgilənib.
* * *
Bərdə şəhər 4 saylı uşaq incəsənət məktəbində Beynəlxalq Uşaqları Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib. Çıxışlardan sonra tədbir konsert proqramı ilə davam edib.
* * *
Ağstafa rayon MKS-nin Göycəli kənd kitabxana filialında ”Dünyamızın sevinci” adlı tədbir təşkil edilib. Uşaqların rəngarəng çıxışları tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.