Goranboy Dövlət Rəsm Qalereyası Gənclər parkında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş səyyar sərgi təşkil edib. Sərgidə Azərbaycanın müstəqillik tarixində əldə etdiyi nailiyyətləri əks etdirən rəsmlər nümayiş olunub.
Milli Qurtuluş Günü münasibətilə qalereyanın ekspozisiyası da yenilənib.