Zaqatala rayon Mədəniyyət mərkəzində Hüseynbala Mirələmovun “Vicdanın hökmü” dram əsərinin tamaşası oynanılıb.
Əməkdar mədəniyyət işçisi, rejissor Bayram Qurbanovun quruluş verdiyi tamaşada rolları həvəskar aktyorlar canlandırıb.
Əsər Qarabağ müharibəsində iştirak etmiş vətənpərvər oğulların şücaətindən, torpaq sevgisindən, ziyalı, müəllim Rəhimin igidliyindən və döyüşlərdə qəhrəmancasına həlak olmasından bəhs edir.