Bərdə rayon Mədəniyyət mərkəzinin filialı olan 1 və 2 nömrəli şəhər klublarında orta məktəblərin builki məzunları ilə birlikdə geniş tədbir keçirilib. Çıxış edənlər məzunlara gələcək həyatlarında müvəffəqiyyətlər arzulayıblar. Özfəaliyyət dərnəyi üzvlərinin konsert proqramı iştirakçılara xoş anlar bəxş edib. Sonda rayon Mədəniyyət və Turizm şöbəsinin məsləhətçisi Validə Nabatova, MKS-nin direktoru Havva Mirzəyeva şöbənin adından iştirakçılara hədiyyələr təqdim ediblər.
* * *

Ağdaş rayon Mərkəzi kitabxanasının oxu zalında “Multikulturalizm Azərbaycanın həyat tərzidir” mövzusunda dəyirmi masa keçirilib. İştirakçılar “2016-cı il Multikulturalizm ilidir” sərgisi və Azərbaycanda yaşayan xalqların və dünya xalqlarının ədəbi nümunələrindən ibarət sərgilərlə tanış olublar.
* * *
Tərtər rayon MKS-nin Mərkəzi kitabxanasında “Narkomaniyaya qarşı mübarizə ümumxalq işidir” mövzusunda tədbir keçirilib. Tədbirdə məktəblilər, müəllimlər, valideynlər, səhiyyə, mədəniyyət, hüquq-mühafizə orqanlarının işçiləri də iştirak edib. Mədəniyyət və Turizm şöbəsinin müdiri Gündüz Mürsəlov, MKS-nin direktoru Ulduzə Qurbanova çıxış ediblər. “Narkomaniya ağ ölümdür” başlıqlı sərgi nümayiş olunub.
* * *
Astara rayon Mərkəzi kitabxanasında “26 iyun - Narkomaniyaya qarşı beynəlxalq mübarizə günü” münasibətilə “Zərərli vərdişlər sağlamlıq üçün təhlükəlidir” mövzusunda konfrans keçirilib. Konfransda Gənclər və İdman idarəsinin rəisi Ərçə Əliyev, Mədəniyyət və Turizm şöbəsinin müdiri Şadoğlan Bayramov, İcra Hakimiyyətinin baş məsləhətçisi Səlimə Nəsirova, MKS-nin direktoru Tural Eyvazov çıxış ediblər. Sonda tədbir iştirakçılarına mövzu ilə bağlı bukletlər paylanılıb.
* * *
Goranboy rayon MKS-nın oxu zalında Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Nəsibə Zeynalovanın (1916-2004) 100 illiyi münasibətilə “Azərbaycan səhnəsinin mirvarisi” adlı dəyirmi masa təşkil edilib.
Tədbirdə Nəsibə Zeynalovanın keçdiyi zəngin sənət yolundan söhbət açılıb, video-çarx təqdim olunub.
* * *
Şamaxı rayon MKS-nin Mərkəzi kitabxanasında görkəmli aktyor Hamlet Xanızadənin 75 illiyi ilə əlaqədar “Milli mənəvi dəyərlərimizi qoruyaq” mövzusunda dəyirmi masa keçirilib. MKS-nin direktoru Ərəsdun Xələfov sənətkarın həyat və yaradıcılığı haqqında məlumat verib. Aktyorun iştirak etdiyi filmlərdən fraqmentlər nümayiş olunub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar