İyulun 8-də YARAT Müasir İncəsənət Məkanı “Zamanın izləri” adlı səyyar sərgini Qax Dövlət Rəsm Qalereyasında təqdim edəcək. Sərgidə YARAT Müasir İncəsənət Məkanının daimi kolleksiyasından foto və video əsərlər yer alıb.
Sənan Ələsgərovun “Sadəliyin şəffaflığı” əsərlər silsiləsi yarım-şəffaf zərifliyə nail olmaq istəyən pleksiqlas üzərindəki epizodları təsvir edir. Olqa Çernişovanın “Ekranlar” silsiləsi onun Rusiyadakı həyatının tanış anlarının ekranlaşdırılmasıdır. İlkin Hüseynovun “Rəngi xatırlayaraq” foto silsiləsi doğma şəhəri olan Gəncənin gündəlik reallığını əks etdirir. Zamir Süleymanov və Emin Əzizbəylinin “Astar” qısametrajlı filmi bir gəncin gündəlik çayxana, əyləncə mərkəzləri, tozlu küçələr və tərkedilmiş çimərliklərdən ibarət həyatını göstərir. Nevin Aladağın “Beşdaş oyunu” rəssamın anasından Cənubi Almaniyada böyüdüyü vaxtda öyrəndiyi qədim oyunu təsvir edir. Fotoqrafiya silsiləsi oyunu sənədləşdirərək, ənənə və yaddaş mövzusunu və mədəni identikliyin necə ayinlər vasitəsilə ötürüldüyünü tədqiq edir.
Qax Dövlət Rəsm Qalereyasında “Zamanın izləri” səyyar sərgisi sentyabr ayınadək davam edəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar