Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, UNİSEF-in Bakı ofisinin, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilmiş "Gənc xilasedici" IV beynəlxalq yarışına və "Gənc xilasedici və yanğınsöndürən" V ümumrespublika birinciliyinə yekun vurulub.
Tədbir iştirakçıları Qəbələ Mədəniyyət mərkəzinin foyesində təşkil olunmuş əcnəbi və yerli məktəblilərin "Fövqəladə hallar uşaqların gözü ilə" adlı rəsm sərgisinə tamaşa ediblər.