Şamaxıda poeziya tədbiri

Şamaxı rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsində “Canlı klassika” adlı ədəbi-bədii gecə keçirilib. UNESCO-nun “İnformasiya hamı üçün” proqramına əsasən təşkil edilən tədbirdə Azərbaycan ədəbiyyatının görkəmli simaları Nizami Gəncəvi, Məhəmməd Füzuli, Seyid Əzim Şirvani və Mirzə Ələkbər Sabirin yaradıcılığına müraciət olunub.
Söz ustadlarının poeziya nümunələrindən parçaların söylənildiyi mərasimin sonunda uşaqlar arasında viktorinalar keçirilib. Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb.