Oğuz rayonunun istirahət parkında Mədəniyyət və Turizm şöbəsi tərəfindən əhalinin və şəhərə gələn qonaqların vaxtlarını səmərəli keçirməsi üçün mütəmadi olaraq mədəni-kütləvi tədbirlər təşkil olunur.
Mədəniyyət mərkəzinin rəqs kollektivlərinin, müğənnilərinin, Dəymədərə kənd folklor klubunda fəaliyyət göstərən “Oğuz ailə ansamblı”nın çıxışları rəğbətlə qarşılanır. Ansamblın solistləri Əşrəf və Samir Salahovların ifaları, Nurlan Anaroğlunun təqdim etdiyi rəqs nömrələri tamaşaçı alqışları ilə qarşılanıb.
Bundan başqa, parkda müxtəlif sərgilər, kitab mütaliəsi guşəsi də təşkil edilir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar