Qax rayonundakı “Ulu dağ” turizm və istirahət mərkəzində Hekayət Xəlilovanın toxuduğu və muncuqdan düzəltdiyi əl işlərinin satış-sərgisi açılıb. Sərgi mərkəzə gələnlərin marağına səbəb olub. İstedadlı toxucunun təqdim etdiyi əksər nümunələrin alıcısı var.
Yay turizm mövsümü ərzində yüzlərlə əl işinin satıldığını bildirən H.Xəlilova gələn mövsümdə daha çox çeşid və sayda əl işləri ilə satış-sərgini genişləndirmək fikrindədir.
Yay turizm mövsümü ərzində yüzlərlə əl işinin satıldığını bildirən H.Xəlilova gələn mövsümdə daha çox çeşid və sayda əl işləri ilə satış-sərgini genişləndirmək fikrindədir.