Mədəniyyət və Turizm Nazirliyinin tövsiyəsi ilə rayon və şəhər mərkəzləşdirilmiş kitabxana sistemləri və kitabxana filialları yerlərdə səyyar kitabxana xidmətini davam etdirirlər. Nazirliyin və Azərbaycan Milli Kitabxanasının birgə təşəbbüsü olan “Açıq kitabxana” layihəsi də bölgələrdə geniş maraq doğurub.
Ağstafa rayon MKS-də yeni tətbiq olunan iş üsullarından biri də yaşlı və əlil insanlara evdə kitabxana xidmətinin təşkilidir. Bu məqsədlə hər bir kitabxana filialı öz ərazisində yaşayan yaşlı və əlilləri maraqlandıran mövzuları müəyyənləşdirərək onların evlərinə kitablar aparılır. Onların arzusu ilə maraqlı kitabın ucadan oxusu da həyata keçirilir. Bu cür səyyar xidmətin təşkilində rayonun Göycəli, Poylu qəsəbə, Köçəsgər, Aşağı Kəsəmən kənd 1 saylı və Dağ Kəsəmən kənd 2 saylı kitabxana filialları xüsusilə fəallıq göstərirlər.
* * *
Kürdəmir MKS-nin təşkilatçılığı ilə “Açıq kitabxana” layihəsi çərçivəsində növbəti tədbir rayon mərkəzindəki "Qələbə" parkında keçirilib. Rayon əhalisinin kitaba və mütaliəyə olan marağını artırmaq məqsədi ilə təşkil edilən tədbirdə iştirakçılara müxtəlif başlıqlar altında yüzlərlə kitab təqdim olunub. Təşəbbüs insanlar tərəfindən yüksək qiymətləndirilib, kitabxanaya xeyli sayda oxucu üzv yazılıb. Layihə çərçivəsində rayonun Atakişili, Xəlsə, Xırdapay, Şahbəyli, Carlı, Qarasaqqal, Dayıkazımlı, Axtaçı və s. kənd kitabxana filialları da səyyar kitabxana xidməti təşkil ediblər.
* * *
İsmayıllı rayon MKS-nin Oxuculara xidmət şöbəsinin işçiləri Mərkəzi xəstəxanada kitab sərgisi təşkil ediblər. Sərgidə kitabxanaya yeni daxil olan bədii ədəbiyyatlar, tibbə aid kitablar və s. təqdim olunub. Əsas məqsəd MKS-nin fonduna daxil olmuş yeni kitablar, yerli yazarların əsərlərini ictimaiyyətin diqqətinə çatdırmaqdır.
* * *
Masallı rayon Mərkəzi kitabxanasında məktəblilərin yay tətili günlərində asudə vaxtlarının səmərəli təşkili, onları kitab oxumağa həvəsləndirmək, ölkəmizin tarix və mədəniyyəti ilə daha yaxından tanış etmək məqsədilə “Mütaliə həftəsi” keçirilib. Təşkil olunan sərgidə yerli və xarici ölkə ədəbiyyatına dair 500-dən artıq kitab nümayiş etdirilib. Kiçikyaşlı oxucular üçün “Sehrli nağıllar” kitab guşəsi yaradılıb. Kitabxana qarşısında başlayan kitab sərgisi daha sonra Heydər Əliyev parkında davam etdirilib.
* * *
İmişli rayon MKS-nin Oxuculara xidmət şöbəsi tərəfindən oxuculara səyyar kitabxana xidməti göstərilib. Rayonun ayrı-ayrı idarə və təşkilat işçiləri, ictimaiyyət nümayəndələri bu xidmətdən yararlanıblar.
* * *
Naftalan şəhər Mərkəzi kitabxanasında “Ana və uşaq guşəsi” yaradılıb. Şəhərin bir neçə idarə və təşkilatlarında, uşaq bağçasında, sanatoriyalarda və parklarda kitab sərgiləri, mütaliə günləri və səyyar kitabxana xidməti, “açıq kitabxana” və “yay məktəbi” təşkil edilib. Bu tədbirlərlə kitabxanaya daha çox oxucu kütləsi cəlb olunur.