Ağdam rayon MKS Mədəniyyət və Turizm Nazirliyinin və Milli Kitabxananın birgə təşəbbüsü ilə keçirilən "Açıq kitabxana" layihəsinə qoşulub. Sentyabrın 8-də Yeni Quzanlı qəsəbə parkında tədbir keçirilib.
MKS-nin direktoru Sevda Hüseynova çıxış edərək müasir dövrdə gənclərin və uşaqların mütaliəyə cəlb olunmasında kitabxanaların rolundan danışıb. Bildirilib ki, MKS tərəfindən "Açıq kitabxana", "Uşaq guşəsi", "Səyyar kitabxana" xidməti, "Mütaliə həftəsi" çərçivəsində tədbirlər həyata keçirilib.