Zaqatala rayon Mərkəzi kitabxanasında “Azərbaycan ədəbiyyatında sülh və azadlıq” mövzusunda dəyirmi masa keçirilib.
Kitabxananın direktor müavini Zeynəb Qocayeva, kitabxananın baş biblioqrafı Yasəmən Məmmədova, MKS-nin böyük metodisti Sevda Rəhimova, oxu zalının işçisi Günəş Qafarova mövzu ilə bağlı çıxış və məruzə ediblər.
Sonda balaca oxucuların ifasında “Yurdda sülh, cahanda sülh” adlı bədii kompozisiya səsləndirilib.
***
Qusar rayon Mərkəzi kitabxanasının konfrans zalında isə 15 sentyabr - Bilik gününə həsr olunmuş tədbir keçirilib.
MKS-nin direktoru, kitabxananın şöbə müdiri Rübabə Zahirova uşaqları və valideynləri yeni dərs ilinin başlanması münasibətilə təbrik ediblər. Məktəbin gənc nəslin intellektual və mənəvi zənginliyinin yüksək olmasında rolundan söz açılıb.
Balacaların ifasında bədii kompozisiya maraqla qarşılanıb. Uşaqlara xatirə hədiyyələri və jurnallar təqdim olunub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar