Şabran rayon MKS-nin 3 saylı Şəhər kitabxanasında kitabxanaya gəlmək imkanı məhdud olan müharibə veteranı, əlil, xəstə və yaşlı insanlara evlərində səyyar kitabxana xidməti göstərilib. Rayon dəmir yol stansiyasının vaqon təmiri işçiləri üçün “Kitabı sevin və onu qoruyun” adlı “Mütaliə həftəsi” keçirilib.
* * *
Ağdaş rayon MKS-nin əhatə etdiyi kitabxanalar “Açıq kitabxana”, “Mütaliə həftəsi”, “Səyyar kitabxana xidməti” aksiyaları çərçivəsində oktyabrın 1-i Beynəlxalq Ahıllar günündə ahıl və xəstələrə baş çəkərək onlara kitablar ərməğan ediblər.
* * *
Bərdə rayon MKS-nin Məmmədli kənd kitabxanası fiziki sağlamlığı məhdud olan yaşlılara, körpə uşaqlı analara tez-tez evlərdə səyyar kitabxana xidməti göstərir.
* * *
Şəki şəhər İ.S.Nakam adına Mərkəzi kitabxanada MKS-nin kitabxana sahəsində çalışan işçilərinin aylıq seminar-müşavirəsi keçirilib. MKS-nin direktoru S.Vahabov, Abonement bölməsinin müdiri D.Yaqubova və digər çıxış edənlər mütərəqqi üsulların kitabxanalarda tətbiqi və abonement bölməsində işin təşkili barədə danışıblar.
* * *
Oğuz rayonunda Gənclər Fondunun maliyyə dəstəyi ilə “Kitabsız bir ömrün nə mənası var?” layihəsi üzrə tədbirlər keçirilib. Layihənin rəhbəri, yerli gənc İ.Hüseynlidir. Layihənin əsas məqsədi gənclərdə kitaba marağın artırılması, daha çox kitabla tanış olmalarına şərait yaradılmasıdır.
Tədbirdə şəhər 1, 2, və 3 saylı məktəbin yuxarı sinif şagirdləri və müəllimləri, ictimaiyyət nümayəndələri iştirak edib. Mərkəzi kitabxananın əməkdaşları A.Cəfərova və A.Fərzəliyeva “Açıq kitabxana”, “Səyyar kitabxana” və s. layihələr barədə məlumat veriblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar