Gəncə Dövlət Filarmoniyasının "Göygöl" Dövlət Mahnı və Rəqs ansamblı Macarıstana səfərə hazırlaşır. Ansamblın üzvləri oktyabrın 10-dan 12-dək paytaxt Budapeştdə səfərdə olacaq.
Səfər Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı və “Xan Şuşinski” Fondunun təşkilatçılığı ilə gerçəkləşəcək.
Azərbaycanın Macarıstandakı səfirliyində keçiriləcək konsertdə milli muğamlar və xalq mahnılarımız təqdim olunacaq.
Konsertdə kollektivin bədii rəhbəri, Xalq artisti, tarzən Fikrət Verdiyev, Əməkdar artist Sevin Sarıyeva, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Ehtiram Hüseynov, kamança ifaçısı Habil Əliyev çıxış edəcək.
Gələn il üçün kollektiv İngiltərəyə səfər etməyi planlaşdırır.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar