Bərdə rayon Mədəniyyət mərkəzinin filialı olan Kələntərli kənd Mədəniyyət evində “Qalx ayağa, Azərbaycan!” adlı ədəbi-bədii kompozisiya təqdim olunub.
Tədbir vətən uğrunda canlarından keçmiş qəhrəman oğulların xatirəsinin yad edilməsi ilə başlayıb. Kənd orta məktəbinin direktoru Ələddin Alıyev çıxış edərək Azərbaycan Silahlı Qüvvələrinin tarixi, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi barədə danışıb.
Sonra ədəbi-bədii kompozisiya nümayiş olunub.