Şəmkir rayon MKS-nin Oxuculara xidmət şöbəsinin əməkdaşları tərəfindən kitabxananın xidmət etdiyi ərazidə yaşayan yaşlı oxuculara evlərdə səyyar kitabxana xidməti göstərilir. Əməkdaşlar ahıl insanlara yeni nəşr olunmuş kitablar barədə məlumat verir, ayrı-ayrı kitablardan parçalar oxuyurlar.
* * *
Bərdə rayon Səməd Vurğun adına Mərkəzi kitabxananın qarşısında əhalini kitabxanaya cəlb etmək məqsədilə “Kitab mənəvi sərvətimizdir” başlığı altında sərgi təşkil edilib. Sərgidə Azərbaycan və dünya xalqlarının ədəbiyyatından nümunələr və müxtəlif elm sahələrinə aid ədəbiyyat nümayiş etdirilib. Kitab sərgisi əhalinin marağına səbəb olub, sakinlər kitabxanaya üzv yazılaraq həmin kitabları oxumaq istədiklərini bildiriblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar