Bu il Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 25 ili tamam olur. Bu illər ərzində tarixin çətin sınaqlarından keçən Azərbaycan zəngin inkişaf yolu qət edib. 18 oktyabr - Müstəqillik Günü hər il ölkəmizdə təntənə ilə qeyd olunur. Bölgələrdəki mədəniyyət ocaqlarında da bu münasibətlə müxtəlif tədbirlər keçirilir.

Sumqayıtda şəhər Mədəniyyət evi C.Cabbarlı adına Mədəniyyət evi ilə birgə Müstəqillik Günü münasibətilə konsert proqramı təşkil edib. Aşıq Ədalət Dağlı “Ordum varsa, yurdum var” və Zeynəb Tanrıverdiyeva “Vətən” havalarını ifa edib. “Xəyal” instrumental ansamblının müşayiəti ilə müğənnilər Allahverdi Xəyal, Mehdi Yusifzadə, Fidan Nağıyeva, Elşən Quliyev, Vüsalə Hüseynova, Pənah Məmmədovun ifasında xalq və bəstəkar mahnıları, “Turan” rəqs qrupunun ifasında “İgidlər” və “Çobanlar” rəqsi alqışlarla qarşılanıb.
* * *
Sumqayıt Dövlət Rəsm Qalereyasında dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət “Qızıl əllər” sərgisi keçirilib. Sərgidə Nəsibə Şükürova, Günel Hüseynova, Xuraman Səfərəliyeva və Zümrüd İlyasovanın müəllifi olduğu toxuma, keramika və bəzək əşyaları nümayiş olunub. Tədbir mədəniyyət müəssisələrinin özfəaliyyət kollektivlərinin çıxışı ilə davam edib.
* * *
Şirvan şəhər Mərkəzi kitabxanasında “Müstəqillik tarixi nailiyyətimizdir” adlı ədəbi-bədii gecə təşkil olunub. MKS-nin direktoru İltifat Nəbiyev, 16 saylı tam orta məktəbin müəlliməsi Ağca Abbasova, Mərkəzi kitabxananın əməkdaşları Kəmalə Quliyeva, Könül Həsənova, Firuzə Amanaliyeva və başqalarının çıxışları dinlənilib. Şagirdlər vətənsevərliyə həsr olunan ədəbi kompozisiya təqdim ediblər.
Sonda “18 oktyabr Müstəqillik günüdür” başlıqlı sərgiyə baxış keçirilib.
* * *
Qax rayon C.Cabbarlı adına Mərkəzi kitabxanasında Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 25-ci ildönümü münasibətilə oxucu konfransı keçirilib. Tədbirdə “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”, “Müstəqillik illərində ədəbiyyatımız” və “Onun vətən sevgisi gənclərə örnəkdir” adlı məruzələr dinlənilib.
* * *
Tərtər rayon MKS-nin Mərkəzi kitabxanasında “Müstəqilliyimiz əbədidir” başlığı altında dəyirmi masa təşkil edilib. Məruzə və çıxışlarda dövlət müstəqilliyinin keçdiyi yola nəzər salınıb. Sonda kitab sərgisinə baxış olub.
* * *
Qazax rayon E.Hüseynov adına Mərkəzi kitabxananın Uşaq şöbəsi ədəbi kompozisiya təşkil edib. Şöbənin müdiri Firəngiz Abdıyeva Azərbaycanın müstəqillik uğrunda çətin yol keçdiyini bildirib. Şagirdlər vətənsevərlik ruhunda şeirlər səsləndiriblər. Təqdim olunan kitab sərgisi maraqla qarşılanıb.
* * *
Neftçala rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsi 1 saylı orta məktəbin IV sinfində “Müstəqilliyimiz sərvətimizdir” adlı tədbir keçirib. Kitabxana işçisi Ş.Nuriyeva mövzu ilə bağlı çıxış edib. Məktəbin müəlliməsi tədbirin təşkilinə görə təşəkkürünü bildirib.
* * *
Lerik rayon Daster kənd klubunda keçirilən tədbirin iştirakçıları əvvəlcə müstəqilliyimizin 25 illiyinə həsr olunmuş fotosərgiyə baxıblar. Klubun müdiri Adil Əmənov, Böyük Vətən müharibəsi veteranı Cəbrayıl Babayev, kənd məktəbinin müəllimi Tural Əliyev Müstəqillik Gününün tarixindən, dövlətçiliyimizin qorunub saxlanılmasında ulu öndər Heydər Əliyevin əvəzsiz rolundan danışıblar. Tədbirin bədii hissəsində məktəblilərin ifasında vətən, müstəqillik haqqında şeirlər səslənib.
* * *
Ağdaş rayon Mərkəzi kitabxanasının oxu zalında əlamətdar gün münasibətilə konfrans keçirilib. MKS-nin direktoru Seyfəddin Feyzullayev, 1 saylı şəhər Gənclər kitabxanasının müdiri Şəfa Zəkəriyyəyeva, 65 saylı şəhər kitabxanasının müdiri Ruhanə İbrahimova müstəqilliyimizin 25 ili ərzində Azərbaycan dövlətinin əldə etdiyi nailiyyətlərdən danışıblar. Məktəblilərin ifasında şeirlər səslənib, mövzu ilə əlaqədar video-çarx nümayiş etdirilib.
* * *
Göygöl şəhər S.Vurğun adına Mərkəzi kitabxananın Xidmət şöbəsində “Azərbaycanın müstəqilliyi əbədidir!” başlığı altında tədbir təşkil olunub. MKS-nin direktoru İntizar Əliyeva tədbiri açıq elan etdikdən sonra Müstəqillik Gününə həsr olunmuş məruzə və video-slayd tədbir iştirakçılarına təqdim olunub.
* * *
Astara rayon Mərkəzi kitabxanasında “Müstəqilliyimiz dönməzdir, sarsılmazdır, əbədidir” mövzusunda tədbir keçirilib. MKS-nin direktoru Tural Eyvazov Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsində ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. Metodika və biblioqrafiya şöbəsinin müdiri Nərgiz Məhərrəmova, MKS-nin direktor müavini İlyas Məmmədov, Uşaq musiqi məktəbinin direktoru Çingiz Eyvazov, müəllimlərdən Şamil Bayramov və başqaları çıxışlarında müstəqillik tarixinə nəzər salıblar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar