N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının yaradıcı kollektivi Gürcüstana dəvət olunub. Bu barədə teatrın direktoru İslam Həsənov məlumat verib. Onun sözlərinə görə, teatr Şota Rustaveli adına Gürcüstan Dövlət Akademik Dram Teatrının yaranması günü ilə əlaqədar keçiriləcək yubiley tədbirində iştirak edəcək.
   Qeyd edək ki, teatrın Gürcüstana səfəri işgüzar xarakter daşıyır. Kollektiv Tbilisi, Batumi, Poti, Kutaisi və digər şəhərlərdə dramaturq Mikloş Xubainin "Şeytanın oyunları" tamaşasını teatrsevərlərə təqdim edəcək.
   Əsərin quruluşçu rejissorları Kutaisi Gənclər Teatrının bədii rəhbəri Zurab Pxakedze və Lənkəran Dövlət Dram Teatrının direktoru İslam Həsənov, rəssamı David Qoderidze, musiqi tərtibatçısı Laşa Zalkalianiyadır. Tamaşada əsas rolları xalq artisti Qabil Quliyev, aktyorlardan Eynəli Nurullayev, Adil Zeynalov, Aynur Əhmədova, Qızılgül Quliyeva və başqaları ifa edəcəklər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar