Fevral ayının sonunda Bakıda Milli Teatr Festivalının keçirilməsinə start veriləcək. Festivalda respublikada fəaliyyət göstərən 27 teatr iştirak edəcək. Aktyor Evinin foyesində Azərbaycan teatrının 137 illik tarixini əks etdirən səyyar sərgi nümayiş etdiriləcək. Festival çərçivəsində tanınmış teatr tənqidçiləri, aktyor və rejissorların iştirakı ilə dəyirmi masanın keçirilməsi də nəzərdə tutulub. Tədbirlərin yüksək səviyyədə təşkili üçün Təşkilat Komitəsi yaradılıb və tənqidçilər qrupunun tərkibi təsdiq edilib. Tənqidçilər qrupuna sənətşünaslıq doktorları, professorlar Məryəm Əlizadə, İlham Rəhimli, İsrafil İsrafilov, sənətşünaslıq namizədi Aydın Talıbzadə, dramaturqlar Əli Əmirli, Elçin Hüseynbəyli və gənc tənqidçi Vəfa Mühacirova daxildir. Xatırladaq ki, festival ilin sonuna kimi davam edəcək.