Aprelin 21-də Azərbaycan Dillər Universitetində (ADU) fransız dramaturqu Rober Tomanın “Səkkiz qadın” əsərinin ingilis dilində səhnələşdirilmiş tamaşasının təqdimatı keçirilib.
Tamaşadan əvvəl ADU-nun rektoru, professor Səməd Seyidov çıxış edərək bildirib ki, universitetdə tələbələr xarici dilləri öyrənməklə yanaşı, həm də bu ölkələrin mədəniyyətləri ilə tanış olurlar. ADU-dan verilən məlumata görə, tamaşa xarici dillərin tədrisi metodikası kafedrasının müdiri, professor Gülnar Hüseynzadənin və kafedranın əməkdaşı Günel Qasımovanın rəhbərliyi ilə səhnələşdirilib. Gözlənilməz hadisələrlə dolu detektiv janrda səhnələşdirilmiş tamaşa tələbələrin emosional ifası sayəsində böyük rəğbətlə qarşılanıb.
Qeyd edək ki, ADU-da dünya ədəbiyyatı nümunələri mütəmadi olaraq xarici dillərdə səhnələşdirilir.