Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri Avropada ən mötəbər musiqi festivallarından biri olan Münhen Opera Sənəti Festivalına dəvət alıb. Xatırladaq ki, teatrın simfonik orkestri artıq iki dəfə - 2007 və 2008-ci illərdə Münhen festivalında ölkəmizi ugurla təmsil edib. Həmin səfərlərdə orkestrin çıxışı festivalın təşkilatçıları, musiqi tənqidçiləri və Almaniya KİV-ləri tərəfindən yüksək qiymətə layiq görülüb.
   Opera və Balet Teatrının mətbuat xidmətinin məlumatına görə, orkestrin budəfəki qastrol səfəri avqustun 5-10-u tarixlərinə nəzərdə tutulub. Musiqiçilər səfər çərçivəsində festivalın qala-konsertində çıxış edəcəklər. Qala-konsertdə Avropanın ən məşhur bəstəkarlarının əsərləri ilə yanaşı, həm də Azərbaycan bəstəkarlarından Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirovun əsərləri ifa olunacaq.
   Konsertdə orkestrin çıxışını Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərov və Münhen Opera Sənəti Festivalının bədii rəhbəri və baş dirijoru Korneliya fon Kerssenbrofk idarə edəcəklər. Simfonik orkestrin Almaniyaya qastrol səfəri Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi sayəsində baş tutacaq.
   
   Samirə Behbudqızı






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar