«Bizim 100 yaşımız var» layihəsi çərçivəsində öz sevimli tamaşaçıları ilə müxtəlif maraqlı görüşlərə imza atan Dövlət Musiqili Komediya Teatrı balaca seyrçilərinə də rəngarəng sürprizlər təqdim edir. Onlar həftənin şənbə və bazar günləri göstərilən uşaq tamaşalarından öncə gənc rejissor Elvin Mirzəyevin «Teatr dərsləri»ndə iştirak edirlər. Artıq bir neçə vaxtdır ki, teatrda fəaliyyət göstərən Yaradıcılıq Studiyasının üzvləri tamaşaların nümayişindən qabaq müəyyən təmrinləri yerinə yetirir, teatrın ən balaca tamaşaçılarına böyük teatr aləmi barədə maraqlı məlumatlar verirlər.
Teatrın kollektivi öz ənənəsinə sadiq qalaraq 1 iyun - Uşaqların Beynəlxalq Müdafiə Günündə də balaca tamaşaçılarını unutmayıb. Bu dəfə teatr onlar üçün təntənəli bayram şənliyi təşkil edib və «Açıq qapı» günü keçirib. «Açıq qapı» gününün iştirakçıları balacaların ifasında teatr studiyasının yeni tamaşasına - dahi Ü.Hacıbəylinin «Arşın mal alan» komediyasına baxıblar.