Dövlət Musiqili Komediya Teatrının yaradıcılıq studiyasının “Günay” Uşaq Teatrı Fransanın Tuluza şəhərində keçirilmiş 24-cü beynəlxalq uşaq və gənclər kollektivlərinin teatr festivalından qayıdıb. Dünyanın 10-dan artıq ölkəsinin qatıldığı festivalda MDB məkanından yalnız Azərbaycan və Rusiya iştirak ediblər.
   Festivalda “Günay” Uşaq Teatrı yaradıcı kollektivinin oynadığı “Arşın mal alan” tamaşası münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Kollektiv uğurlu çıxışına görə diplom və digər mükafatlara layiq görülüb.
   Teatrın direktoru və baş rejissoru Larisa Tarusova bildirib ki, Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Eleonora Hüseynova Parisdə “Günay” Uşaq Teatrının kollektivi ilə görüşüb, müvəffəqiyyətli çıxışlarına görə onları təbrik edərək yeni yaradıcılıq uğurları arzulayıb.
   Kollektiv Fransadakı uğuruna görə 2011-ci ildə Mərakeşdə keçiriləcək beynəlxalq uşaq və gənclər teatr festivalına dəvət alıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar