Azərbaycan Gənc Tamaşaçılar Teatrı yaxın günlərdə tamaşaçıları yeni premyera ilə sevindirəcək. Yaradıcı kollektiv teatrsevərlərə məşhur ingilis yazıçısı Çarlz Dikkensin (1812-1870) eyniadlı əsəri əsasında səhnələşdirilən «Oliver Tvistin macəraları» tamaşasını təqdim edəcək.
   
   Tamaşanın hazırlıq işlərinə hələ ötən teatr mövsümündən başlanılıb. Səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Vaqif Əsədov, quruluşçu rəssamları Fuad Qafarov, Elnur Babayev, bəstəkarı Aydın Əzimovdur.
   Böyük aktyor heyətinin rol aldığı tamaşada xalq artistləri Yasin Qarayev, Ağaxan Salmanlı, əməkdar artistlər Nofəl Vəliyev, Leyli Vəliyeva, İlqar Cahangirov, Nübar Novruzova, Rafiq Hüseynov, Rahib Əliyev, Lətifə Əliyeva, Ayşad Məmmədov, Seyidşah Məmmədov, Qəmər Məmmədova, aktyorlar Roza İbadova, Nicat Kazımov, Atabala Səfərov, Məhərrəm Musayev, Asya Atakişiyeva, Nigar Məmmədova, Elnur Hüseynov, Elgün Yəhyayev, Güşvər Şərifova, Eyvaz İbrahimov, Yusif Dadaşov, Qurban İsmayılov, Vüsal Mehrəliyev, Rasim Cəfərov, İlham Əsədov, Elşən Şıxəliyev, İlkin Mehdiyev, Günel Məmmədova, Zülfiyyə Alhüseynova, Zümrüd Hüseynova, Aybəniz Əhmədova, Fidan Abbasova, Elşən Rüstəmov və başqaları iştirak edirlər.
   Səhnə əsəri noyabrın 10-da teatrsevərlərə təqdim ediləcək.
   
   Gülər