Nəcəf Bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında uşaqlar üçün tamaşa hazırlanır. «Gücümüz birliyimizdədir» adlı tamaşanın məşqləri yekunlaşmaq üzrədir. Tamaşanın rejissoru, ssenari müəllifi olan İntiqam Soltan bildiib ki, tamaşa noyabrın ikinci ongünlüyündə təhvil veriləcək. Eksperimental tamaşada əsasən teatrın nəzdində fəaliyyət göstərən gənclərdən ibarət studiyanın aktyorları oynayacaq: «Bu tamaşaya dərs tamaşa da demək olar. Çünki tamaşada sinxron hərəkətlər, sinxron danışıq, canlı ifa, solo-kütləvi rəqs var».