“Yuğ” Dövlət Teatrı sayca 75-ci tamaşasını hazırlayır. Rejissor Vidadi Həsənovun quruluş verdiyi «...Olmaq istəmirəm» adlı tamaşa Vidadi İsmayılın «Şair olmaq istəmirəm» şeirlər kitabı əsasında hazırlanır. Tamaşanın janrı kitabın pereskopik qiraəti kimi müəyyənləşdirilib.
   Tamaşadakı rəqslərin quruluşunu Ruslan Şöhrətoğlu verib. Səhnə əsərində «Qan» qrupunun musiqilərindən də istifadə olunur. Rolları isə Məmməd Səfa, Oqtay Mehdiyev, İlahə Həsənli, Nigar Güləhmədova, Hikmət Rəhim, Ruslan Şöhrətoğlu, Vidadi Həsənov ifa edirlər.
   Qeyd edək ki, tamaşada əsasən “Yuğ” teatrının birinci və ikinci yaş nəslinə mənsub aktyorları çıxış edir. Tamaşada rol alan Nigar Güləhmədova isə Milli Dram Teatrının aktrisasıdır. Tamaşa dekabrın sonlarında təqdim olunacaq.
   
   Gülər