Məşhur fransız aktyoru Jerar Depardye dekabrın 13-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində sənətsevərlər qarşısında çıxış etdi. Aktyor ilk dəfə Azərbaycana gəlməsindən məmnunluğunu vurğuladı: «İlk dəfədir ki, qarşınızdayam. Bu teatrda Benəlxalq Rostropoviç Festivalı çərçivəsində iştirak edirəm və buna çox şadam”.
   O, prezident İlham Əliyevlə görüşü barədə də danışıb: “Cənab prezidentlə qərara gəldik ki, ölkənizi filmlə təşviq edək. Aleksandr Düma haqqında film çəkəcəyik. Bununla yanaşı kinematoqrafiya üçün məktəb yaratmaq qərarına gəldik».
   Aktyor Prosper Merimenin “Karmen” əsərindən (Jorj Bizenin məşhur “Karmen” operası bu əsər əsasında yazılıb - red.) bir parça oxudu.
   Daha sonra «Karmen» operası nümayiş olundu. Tamaşada Qalina Vişnevskayanın tələbələri və Rusiya Dövlət Akademik Böyük Teatrının solisti Elçin Əzizov çıxış edirdilər.   

   Gülər







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar