Dövlət Gənc Tamaşaçılar Teatrı və Azərbaycan İctimai-Siyasi Universitetinin birgə layihəsi əsasında "Teatr, təhsil və mənəviyyatımız" mövzusunda tədbir keçirilib. 
      
   Tədbiri teatrın direktoru Mübariz Həmidov açaraq, Gənc Tamaşaçılar Teatrının zəngin tarixindən, özünəməxsus ənənələrindən, maraqlı yaradıcılıq yolundan danışıb. Tədbirdə çıxış edən teatrın baş rejissoru, Xalq artisti Cənnət Səlimova teatrın mənəvi və tərbiyəvi əhəmiyyəti haqqında məlumat verib. Tədbirdə İctimai-Siyasi Universitetinin rektoru Rasim Nəbiyevə teatrın "Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının təbliğində, kollektivə göstərdiyi diqqət və qayğıya görə" fəxri diplomu təqdim olunub. Sonra universitetin müəllim və tələbə heyətinə K.Hamsunun "Viktoriya" tamaşası göstərilib. Tədbirdən sonra G.Fiqeyredonun "Ezop" tamaşası nümayiş olunub.