Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yerləşdiyi tarixi binada təmir-tikinti işləri davam edir. Təmir-tikinti işləri ilə yanaşı, binanın daxilindəki avadanlıqların da yeniləri ilə əvəzlənməsi nəzərdə tutulur. Zəngin repertuara malik 100 yaşlı teatrın binası tezliklə tam yenilənmiş halda tamaşaçıların ixtiyarına veriləcək. 
      
   Lakin teatr təmirə bağlansa da, yaradıcı kollektiv fəaliyyətini dayandırmayıb. Yeni tamaşalar hazırlanır və teatrın müvəqqəti olaraq yerləşdiyi Dənizçilərin Mədəniyyət Evində tamaşalar göstərilir. Teatr beynəlxalq müsabiqələrdə də təmsil olunur. Teatrın rus bölməsinin aparıcı solisti Yuliya Heydərova yanvarın 14-də Sankt-Peterburqa yola düşəcək. Aktrisa Sankt-Peterburqda keçiriləcək “Raynsberq Sarayında kamera operası” adlı gənc opera ifaçılarının festivalında iştirak edəcək. Solist-vokalist Yuliya Heydərova artıq bir neçə ildir ki, Musiqili Komediya Teatrında çalışır. İşlədiyi müddət ərzində “Arşın mal alan” operettasında Gülçöhrə, “Silva” tamaşasında Stassi, “Maritsa”da Liza, “Şən dul qadın”da Valentina, “İddialı qaraçı”da Zari, “Qırmızıpapaq”da Qırmızıpapaq və dovşan, “Düyməcik”də Düyməcik və Elfa, “İki küpəgirən qarı”da Gözəl Yelena, “Qızıl cücə”də cücə və dovşan, “Yağış göbələyinin macəraları”da Bratiklis kimi rolları özünəməxsus ustalıqla oynayıb.
   Qeyd edək ki, bu müsabiqə Musiqili Teatrların Beynəlxalq Assosiasiyası tərəfindən keçirilir. Assosiasiya 2004-cü ildə musiqili teatrlar şəbəkəsinin daha da inkişaf etməsi, onların yaradıcılığının dəstəklənməsi və inkişafı üçün mühüm tədbirlər həyata keçirmək məqsədi ilə yaradılıb. Hazırda Assosiasiyanın tərkibinə Azərbaycan da daxil olmaqla Rusiya, Belarus, Qazaxıstan, Ukrayna və s. dövlətlərdən 30-dan yuxarı teatr daxildir. Dövlət Musiqili Komediya Teatrı isə Beynəlxalq quruma daxil olan ilk Azərbaycan teatrıdır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar