Azərbaycan Dövlət Musiqili Komediya Teatrı qısa fasilədən sonra yenidən tamaşaçıları səhnə əsərlərinə baxmağa dəvət edir. Hazırda Musiqili Komediya Teatrının binasında təmir-bərpa işləri aparıldığı üçün teatrın kollektivi Dənizçilərin Mədəniyyət Evində fəaliyyət göstərir. Yaradıcı heyət burada “Mən dəyərəm min cavana» (F.Sücəddinov, T.Vəliyeva) komediyası və «Qısqanc ürəklər» (R.Mirişli, M.Haqverdiyev) tamaşalarını təqdim edib. Yanvarın 29-da «Qırmızıpapaq» (E.Sabitoğlu, Q.Anderson), «Ər və arvad» (Ü.Hacıbəyli), 30-da isə «Düyməcik» (Q.Anderson) və «Talelər qovuşanda» (R.Hacıyev, F.Zöhrabov, E.Ocaqov) tamaşalarını nümayiş etdirəcək.
   Bir sıra klassik səhnə əsərləri üzərində işləyən yaradıcı heyət teatrsevərləri yeni premyeralarla da sevindirəcək. Bunların arasında həm uşaqlar, həm də böyüklər üçün tamaşalar olacaq.
   Gülər