Rus Dram Teatrında yeni tamaşa
   
   Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında baş rejissor Aleksandr Şarovskinin quruluşunda yeni tamaşanın məşqlərinə başlanılıb.
   Rejissor bildirib ki, bu dəfə truppa bakılı teatrsevərlərə K.Qoldoninin “Mehmanxana sahibəsi” komediyası əsasında yeni səhnə əsərini təqdim edəcək.
   Əsas personajın adı ilə “Mirandalina” adı altında səhnəyə çıxacaq tamaşanın musiqi tərtibatçısı Vladimir Neverovdur. Mirandalina rolunda Natalya Aşumova-Şarovskaya çıxış edəcək. Həmçinin, kavaler Ripafrattı Əsgər Rəhimov, markiz Firlipopolini Salman Bayramov, qraf Albafyoriti Fuad Osmanov, Fabrisionu Murad Məmmədov oynayacaqlar.
   Tamaşanın quruluşçu rəssamı Nyu-Yorkdan dəvət edilmiş səhnə tərtibatçısı İrina Krujilinadır. Aleksandr Şarovski bildirib ki, bu yaxınlarda Bakıya gələn quruluşçu rəssam aktyorlarla, teatrımızın imkanları ilə tanış olub bəzi qeydlər edəndən sonra Nyu-Yorka qayıdıb. O, martda hazır eskizlərlə Bakıya gələcək. Tamaşanın premyerası aprelin 9-da nəzərdə tutulub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar