Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru, Azərbaycan Respublikasının Xalq artisti Kamran Quliyev deyib ki, teatrın kollektivi tənqidçi, ədəbiyyatşünas alim, professor Məmməd Cəfər Cəfərovun “İnsanlar və talelər” əsərinin məşqlərini aparır. İlk dəfə Naxçıvan teatrı səhnəsində qoyulacaq tamaşa Mirzə Cəlil epoxasını əks etdirir. Əsər Cəlil Məmmədquluzadə və onun müasirlərinin, əməl dostlarının obrazını səhnəyə gətirmək, dövrün kəşməkəşli hadisələrini canlandırmaq baxımından maraqlı və dəyərlidir. Tamaşanın quruluşçu rejissoru Kamran Quliyev, rəssamı Əbülfəz Axundovdur.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar