Azərbaycan Dövlət Musiqili Komediya Teatrının nəzdində fəaliyyət göstərən Yaradıcılıq Studiyasının «Günay» uşaq teatrı martın 10-da mili peşəkar teatrımızın yaranması günü münasibətilə «Arşın mal alan» tamaşasını nümayiş etdirəcək. Bu tamaşa Teatr Xadimləri İttifaqının diplomuna layiq görülüb.
Balaca artistlər eyni zamanda Novruz bayramı günlərində və Beynəlxalq Teatr Günü (27 mart) münasibətilə «Sevgi tarixçəsi» tamaşasını göstərəcəklər. Tamaşa V.Şekspirin «Romeo və Cülyetta» faciəsinin motivləri əsasında hazırlanıb. Tamaşanın rejissoru və ssenari müəllifi Larisa Tarusovadır.
Gülər