İyunun 12-də Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində görkəmli rus aktyoru, SSRİ Xalq artisti, B.Şukin adına teatr məktəbinin bədii rəhbəri Vladimir Etuşun yubiley gecəsi keçiriləcək. Teatrın mətbuat xidmətindən bildiriblər ki, yubiley gecəsinin proqramına aktyorun sevimli monoloq və rolları, əfsanəvi filmlərindən kadrların nümayişi, aktyorun həyatından inanılmaz hadisələrin xatırlanması, auditoriya ilə ünsiyyət daxildir.
   İki saatlıq gecənin sonunda Vladimir Etuş Y.Vaxtanqov adına Dövlət Teatrının aparıcı aktyorları Vera Novikova və Aleksandr Rışşenkov ilə birlikdə həmin teatrın “Körpü” tamaşasından fraqmentlər təqdim edəcək.