Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında amerikalı dramaturq Con Patrikin əsəri əsasında “Qocanı öldürməliyik” tamaşası səhnələşdirilir. Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Mehman Şükürov bildirib ki, dövlət sifarişi ilə hazırlanan tamaşaya ukraynalı rejissor Tatyana Şevçenko quruluş verir. Quruluşçu rəssam Yelena Karpenko və geyim üzrə rəssam Sergey Karpenko Ukraynadan dəvət olunublar. Səhnə əsərinə bəstəkar Telman Qəniyev musiqi yazıb.
   Rolları İlahə Səfərova, Rauf Ağakişiyev, Cəlal Məmmədov, Sədaqət Nuriyeva, Əməkdar artist İzaməddin Bağırov və başqaları ifa edirlər.