Bakı Uşaq Teatrı uşaqlar üçün yeni tamaşanın premyerasına hazırlaşır. Monqol xalq nağılı əsasında İntiqam Soltanın quruluş verdiyi tamaşa “Ağıllı pişik” adlanır.
   Premyera iyunun 14-də Bakı Uşaq Teatrının yerləşdiyi Qaraçuxur qəsəbəsindəki Q.Abbasov adına mədəniyyət sarayında keçiriləcək.