Azərbaycan Dövlət Rus Dram Teatrı teatrsevər həmvətənlərimizi illik “Zvezda teatrala” tamaşaçı rəğbəti mükafatı uğrunda səsvermədə iştiraka dəvət edir.
   Mükafatın təsisçisi Rusiyanın “Teatral” jurnalı və “Novıye izvestiya” qəzetidir. Mükafatın özünəməxsusluğu ondadır ki, onun laureatlarını teatr tənqidçiləri deyil, tamaşaçılar müəyyən edirlər. Bu mövsümdə mükafat üzrə daha bir nominasiya - “Xaricdə ən yaxşı rus teatrı” nominasiyası əlavə olunub. Tamaşaçı səsi Rusiya Federasiyasının xaricində tamaşaçı tələbatını ən yaxşı ödəyən teatrı müəyyənləşdirə bilər.
   Müvafiq nominasiya üzrə siyahıda Azərbaycan Dövlət Rus Dram Teatrının da adı yer alıb. Tamaşaçılar teatrın saytından istifadə etməklə səs verə bilər.