Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı dram studiyasına qəbul elan edir. Teatrın mətbuat xidmətindən bildiriblər ki, dram studiyasına ali məktəbi, o cümlədən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini, Bakı Xoreoqrafiya Məktəbini və orta məktəbi bitirən gənc oğlan və qızların qəbul olunmaq şansı var.
   Ərizələr sentyabrın 10-da və 11-də qəbul ediləcək. Gənclərin çıxışlarına baxış isə sentyabrın 12-də keçiriləcək. Dinləmənin proqramına şeir, nəsr, təmsil, həmçinin daxil olanın seçiminə əsasən mahnı və rəqs daxildir.