Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında məşhur rus şairi Mixail Yuryeviç Lermontovun (1814-1841) “Maskarad” əsəri əsasında eyniadlı tamaşa hazırlanır. Teatrın direktoru Ədalət Hacıyevin sözlərinə görə, tamaşa şairin 200 illik yubileyi münasibətilə səhnələşdirilir. Bu, Azərbaycan, Rusiya və Amerika sənətçilərinin birgə layihəsidir. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Aleksandr Şarovski, quruluşçu rəssamı Amerikadan dəvət olunmuş İrin Kurinina, dekor üzrə rəssamı isə rusiyalı Nikita Sezenov olacaq. Tamaşanın premyerası payız aylarında, yeni teatr mövsümündə olacaq.