Bakı Uşaq Teatrının heyəti qardaş ölkəyə səfər edib
Bakı Uşaq Teatrı Türkiyənin EKsanat Teatrı ilə birgə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığı daha da möhkəmlətmək, türk xalqlarının ortaq dilinin yaradılması ideyasının həyata keçirilməsinə dəstək olmaq məqsədilə “Türk xalqlarının teatrı” layihəsini həyata keçirir.
Teatr kollektivinin bir qrupu hazırda layihə çərçivəsində Türkiyədə səfərdədir. Kollektiv qardaş ölkədə İntiqam Soltanın quruluşunda hazırlanmış və iki ölkənin aktyorlarının iştirak etdikləri “Sıravi Dursun” tamaşası ilə çıxış edir. Tamaşa Gerze, Merzifon, Samsun və Girəsun şəhərlərində nümayiş olunub.
Bakı Uşaq Teatrı kollektivinin digər bir qrupu isə iyunun 26-dan 30-dək Gürcüstanın Batumi şəhərində keçirilən folklor festivalında iştirak edir.