İrəvan Dövlət Azərbaycan Dram Teatrında rumın dramaturqu Ejen İoneskonun “Stullar” əsəri əsasında eyniadlı tamaşa nümayiş olunacaq. Səhnə əsərinə teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Oruc İzzətoğlu quruluş verib. Absurd teatrın əsasını qoyan bu əsərdə üç personaj var. Dövlət sifarişi ilə hazırlanan tamaşada rolları əməkdar artistlər Vaqif Kərimov, Esmiralda Şahbazova və gənc aktyor Elçin Hacıyev ifa edirlər. Səhnə əsəri yaxın vaxtlarda teatrsevərlərə təqdim olunacaq.