Noyabrın 9-dan 16-dək Bakıda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, UNİMA-nın (Beynəlxalq Kukla Teatrları İttifaqı) dəstəyi ilə “Cırtdan” II Beynəlxalq Kukla Teatrları Festivalı keçiriləcək. Festivalda Azərbaycan, Türkiyə, Böyük Britaniya, Macarıstan, İtaliya, Xorvatiya, İsveçrə, Rusiya Federasiyası (Tatarıstan), Bolqarıstan və Yaponiyanın kukla teatrları iştirak edir. Tamaşalar Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı və Dövlət Gənc Tamaşaçılar Teatrının səhnələrində nümayiş olunacaq. Festivalın ilk günündə Dövlət Kukla Teatrında K.Kollodinin “Pinokkionun sərgüzəştləri”, Rus Dram Teatrında isə İtaliyanın Kapra Balerrina Teatrı tərəfindən “Yuxuda” tamaşası nümayiş etdiriləcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar