Noyabrın 4-də Mərdəkan Mədəniyyət sarayında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə paytaxtın xalq teatrları festivalının baxış-müsabiqəsi başlanıb. Müsabiqədə 19 mədəniyyət müəssisəsindən 21 kollektiv iştirak edir.
Çıxış edənlər bildiriblər ki, baxış-müsabiqənin keçirilməsində məqsəd xalq yaradıcılığının inkişafı, özfəaliyyət teatr kollektivlərinə gənc nəslin cəlb edilməsi və həvəskar teatr kollektivlərinin fəaliyyətini dövrün tələblərinə uyğun qurmaqdan ibarətdir. Baxış-müsabiqə noyabrın 6-da başa çatacaq. Sonda fərqlənən teatrlara diplomlar təqdim ediləcək.